Sosial
Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir - VİDEO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.
Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir. Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx idman və azarkeşlik haqqındadır. Bu mövzuların seçilməsi təsadüfi deyil. Artıq bir ildən çoxdur ki, davam edən pandemiya səbəbindən idman zalları və kütləvi yarışlar təxirə salınmışdır. Bu vəziyyət də, təbii ki, idman həvəskarları və azarkeşlərinə mənəvi olaraq mənfi təsir etmişdir. Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik.
Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq.
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
















.jpg)


.jpg)















.jpg)

