Sosial
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin anım mərasimi keçirilir - FOTO
Bu dəqiqələrdə Azərbaycan Televiziya və Radio Yayımları Qapalı cəmiyyətinin qarşısında iyunun 4- də Kəlbəcərdə şəhid olan jurnalistlərin anım mərasimi keçirilir.
Publika.az-ın əməkdaşlarının verdiyi xəbərə görə, anım stendini media kapitanları, jurnalistlər ziyarət edirlər. Azərbaycan mediasının nümayəndələri baş verən hadisədən təəssüfləndiyini bildiriblər. Şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyiblər.
Səbail Rayonunun İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şəhid jurnalistlərin anım stendinə gül dəstələri düzüb. Baş verən faciədən təəssüfləndiyini, şəhid jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı verdiyini dilə gətirib.
MEDIA-nın rəhbəri Əhməd Mustafayev də anım stendinə gül dəstələri düzüb və şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyib.
Real Televiziyasının rəhbəri Mirşahin Ağayev isə bildirib ki, biz qələbə qazansaq da, erməni vəhşiliyi ilə mübarizə davam edir: "Sadəcə müstəvi dəyişib. Baş verən bu hadisə iyrənc bir təxribatdır. Müharibə başa çatıb, biz qələbə qazanmışıq. Baş verən bu hadisə Xocalı faciəsinin davamıdır. Jurnalistlərimizə rəhmət diləyirəm. Cənnətləri vətənimiz olsun".
Qeyd edək ki, bu gün səhər saatlarında AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AZTV-ni təmsil edən Sirac Abuşov Kəlbəcərin Susuzluq kəndi istiqamətində ermənilərin basdırdığı minaya düşərək şəhid olublar.
Publika.az anım mərasimindən fotoları təqdim edir:
Tural Turan
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

