Sosial
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələcək əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-nin ictimaiyyətlə əlaqələr idarəsindən Publika.az-a bildiriblər ki, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə 2021-ci il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər. Bunlar Oyunların Bakı şəhərində keçirilməsi üzrə təşkilat komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd, Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdir.
Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.
Bundan başqa, Avropa çempionatı oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 15 gündən artıq ölkədə olduqları təqdirdə, olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi














.jpg)











