Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 9 dekabr tarixli Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Publika.az xəbər verir ki, Fərmanla dövlət qulluğuna qəbul zamanı keçirilən müsahibələrin nəticələri üzrə verilən şikayətlərin baxılması mexanizmi təkmilləşdirilib və apellyasiya prosedurları dəqiqləşdirilib.
Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlər həmin qurumlarda yaradılmış Apellyasiya Şuraları tərəfindən araşdırılacaq.
Yerli icra hakimiyyəti orqanlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda keçirilən müsahibələrin nəticələri üzrə şikayətlərə isə müvafiq yerli icra hakimiyyəti orqanlarında yaradılmış Apellyasiya Şuralarında baxılacaq.
Fərmanla yanaşı, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının fəaliyyəti ilə bağlı normativ sənədlərə də dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət qulluğuna qəbulla bağlı müsahibə nəticələrindən verilən şikayətlərin daha şəffaf və operativ araşdırılmasına xidmət edir.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu







.png)








.png)
.jpg)



















