Sosial
Əhali ticarət şəbəkələrində nə dəqər pul xərcləyib?
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 milyon manatlıq, o cümlədən 8 milyard 381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Publika.az xəbər verir ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 1,9 faiz azalıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 12,7 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
