Sosial
Rayonlararası yeni su bölgüsü qrafiklərinin icrasına başlanıldı - FOTO
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda Araz çayı üzərində yerləşən Mil-Muğan hidroqovşağından götürülən sularla əkin sahələri suvarılan rayonların istismar idarələrinin rəhbər işçiləri, həmçinin Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.
ASC-dən Publika.az-a bildiriblər ki, konfransda su bölgüsü ilə bağlı müzakirələr aparılıb. İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarında və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanılıb.
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?







.jpg)
























.jpg)


