Sosial
Məhdudiyyətlər tamamilə aradan qaldırıla bilər - Deputat
Bir ildən çox idi ki, pandemiya ilə mübarizə apardığımız üçün ölkəmizdə şənliklərin keçirilməsinə icazə yox idi. Dövlətimiz sağ olsun ki, bu işi bu günə qədər səmərəli təşkil edib, düzgün siyasət həyata keçirərək insanların sağlamlığını qoruyub. Bu gün digər ölkələrdən fərqli olaraq daha çevik addımlar ata bilirik. Bunun nəticəsində də hazırda yoluxma sayı aşağı düşüb.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda kütləvi şənliklərin keçirilməsinə xüsusi qaydalar çərçivəsində icazə verilməsi pandemiya ilə mübarizədə doğru addımlar atıldığını göstərir:
“Yeni qərara əsasən, 50-150 nəfər arasında toy şənliklərinin keçirilməsinə icazə verilir. Belə olacağı təqdirdə məclis keçiriləcək şadlıq evlərinin sahibi icaze.e-gov.az portalında qeydiyyatdan keçir, sayı orada qeyd edir və icazə alır. Daha sonra isə şənliyi keçirəcək ev sahibi ilə müqavilə bağlayaraq məsuliyyəti bölüşür. Məsuliyyət hər iki tərəfə aiddir. Aidiyyəti qurumlar tərəfindən yoxlamalar keçirilən zaman qaydaları pozanlar, COVID-19 pasportu olmayanlar qanunla məsuliyyətə cəlb edilərək cəzalandırılacaqlar. Eyni zamanda şənlik keçirilən şadlıq evlərində çalışanlar qaydalara riayət etməsə, məkan sahibi cərimələnəcək. Həmin hallar təkrarlanarsa, qaydanı pozan şadlıq evinin bağlanacağı nəzərdə tutulur. 50 nəfərə qədər kiçik şənliklərdə COVID-19 pasportu tələb edilmir. Bu, yəqin ki, kənd yerlərinə aiddir”.
Naqif Həmzəyevin fikrincə, epidemioloji vəziyyət bu cür davam edərsə, qarşıdakı aylarda yumşalmaların olacağı gözlənilir: “Növbəti mərhələdə məsuliyyət vətəndaşların üzərinə düşür. Burada əsas sağlamlığın qorunmasıdır. Nəzərə alaq ki, 2 gün əvvəl bu icazələr yox idi. Qaydalara riayət edərək belə davam etsək, avqust ayının 1-dən etibarən və ya bir müddət sonra bəlkə də bu məhdudiyyətlər tamamilə aradan qaldırılsın. Bu da hazırda yoluxma və aktiv xəstə sayı ilə əlaqədardır. Avro-2020-nin 3 oyununu geridə qoyduq və oyunlardan sonra COVID-19-a yoluxmada artımın qeydə alınmadığını gördük. Bu isə prosesi daha da sürətləndirdi və biz avqustu gözləmədik, 1 iyuldan toy şənliklərini keçirə biləcəyik. İstənilən halda, normal həyata qayıtmaq üçün yeganə çıxış yolumuz vaksinasiyadır və bu prosesi gecikdirməməliyik. İsti aylarda risk yoxdur, hesab edirəm ki, həm şənliklərdə rahat iştirak etmək, həm də xaricə səfər etmək üçün bu, vacibdir”.
Akqabay
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























