Sosial
ANAMA mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ ETDİ
Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər - minalar hələ də can almaqda davam edir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları "2025-ci ildə minasız dünya" arzusu ilə vahid platforma ətrafında bir araya gəlib.
R.Əzizov Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıb.
Tədbir iştrakçıları humanitar minatəmizləmə mövzusu ətrafında müzakirələrdə iştrak ediblər. Mina qurbanlarının ehtiyaclarının qarşılanması, onların iş yerləri ilə təmin edilməsi, ölkədaxili və xaricdə müalicəsi, həmçinin mina partlayışı nəticəsində həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan müxtəlif reabilitasiya proqramları haqqında fikir mübadiləsi aparılıb.
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
















.jpg)



















