Sosial
Toy edənlərin NƏZƏRİNƏ: Polis qəfil yoxlama keçirə bilər
Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar tərəfindən toy prosesi gedən zaman qəfil yoxlamalar həyata keçirilə bilər.
Bu sözləri Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, monitorinqlərdə toy mərasimləri zamanı Nazirlər Kabineti tərəfindən təyin edilən qaydalara riayət edilməsi yoxlanılacaq: “Daxili İşlər Nazirliyinin əməkdaşları maraqlı deyil ki, vətəndaşların şad günlərində hər hansı narazılıq olsun. Bu səbəbdən də sahibkarlar və toy mərasimini keçirən şəxslər bütün qaydalara ciddi riayət etməlidirlər. Əgər restoranlarda keçirilən toy mərasimləri zamanı qoyulan qaydalara riayət edilməzsə, bu həmin restoranlarda növbəti dəfə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara bilər. Diqqətə çatdırım ki, pandemiya şəraitində qaydalara riayət edək ki, bu kimi hallar yaşanmasın və hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın”.
Qeyd edək ki, E.Hacıyev bundan öncə açıqlamasında polis əməkdaşlarının toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacağını açıqlamışdı. (oxu.az)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
