Sosial
DİN: Səməd Səmədov yoxlama apardığımız toyda idi və hamıya... - VİDEO
İyulun 1-də yoxlama apardığımız paytaxt restoranlarının birində dünyasını dəyişmiş Xalq artisti Səməd Səmədov iştirak edirdi. Hamıya gözaydınlığı verirdi. O, bizə dəstək oldu və COVID-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVID-19 səbəbindən dünyasını dəyişmişdi. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır.
Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ARB 24 kanalında "İşgüzar səfər" verilişində deyib..
O bildirib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:
“Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənilməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənilməməsi və qaydalara əməl olunması qeydə alınır. Bunlar cəmiyyətin sağlamlığına yönəlmiş tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıda, Mingəçevirdə, Şəkidə, Şirvanda, Göyçayda peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVID xəstəsi də saxladıq”.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO







.jpg)
.jpg)

.jpg)















.jpg)
.jpg)










