Sosial
Bakıda yeni "Asan Kommunal" mərkəzi açıldı - BU ÜNVANDA
Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyində 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub.
Publika.az xəbər verir ki, mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 38 ünvanında - çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşir.
Açılış mərasimində "ASAN Xidmət"in sədri Ülvi Mehdiyev, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, "Azərsu” ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iştirak edib. Onlar birlikdə mərkəzin fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxaraq mərkəzi işə salıblar.
Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan 738 900 vətəndaşın əhatəsində yerləşən "ASAN Kommunal" mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzdə adları çəkilən qurumlara aid 52, ümumilikdə isə 110 növ xidmət göstəriləcək. O cümlədən "Azəriqaz" 21 xidmət göstərəcək ki, bunlara - itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası, abunəçi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir.
Mərkəzdə əməkdaşların sayının 90 nəfər, könüllülərin sayının isə 15 nəfər olması nəzərdə tutulur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
