Sosial
Bakıda "patı" açıq reklam olunur - Polis HƏRƏKƏTƏ KEÇDİ
Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverçiləri, xüsusilə də "patı" (Metamfetamin) alverçiləri artıq sosial şəbəkə vasitəsilə onlayn çatdırma xidməti təklif edirlər. Həmin şəxslər "Telegram" və digər sosial şəbəkələrdə elanlar verməklə narkotik maddələri ünvana çatdırma xidməti təklif edirlər.
Bakının Yasamal rayonunda isə daha biabırçı vəziyyət yaranıb. Naməlum şəxslər narkotik maddələrin onlayn çatdırılması ilə bağlı olan sosial şəbəkə hesablarındakı "nik"lərini artıq yaşayış binalarının giriş bloklarına elan kimi yapışdırmaqla narkotik alverini təbliğ edirlər. Həmin şəxslər adıçəkilən virtual hesablarda "patı" və digər narkotik vasitələrin onlayn çatdırılma üsullarını da açıqlayırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin ictimai qurumlarla iş şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirdi ki, artıq adıçəlikən ərazidə elanların yerləşdirilməsi və sosial şəbəkələrdəki həmin hesablarla bağlı araşdırmalara başlanılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)