Sosial
Bakıda DƏHŞƏT: eyni həkimin əməliyyat etdiyi 4 UŞAQ ÖLDÜ
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov son iki həftə ərzində əməliyyat etdiyi iki azyaşlının ölümündə ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə azyaşlıların valideynləri sosial şəbəkədə məlumat yayıblar. Uşaqlardan biri - 1 yaş 9 aylıq Raulun anası Nuranə Cəfərovanın sözlərinə görə, oğlu Elnur Həsənov tərəfindən sentyabrın 15-də ürək qüsuruna görə əməliyyat edilib. Bir çox həkim əməliyyat riskini, uşağın sağ çıxmama ehtimalını əsas gətirərək əməliyyatdan imtina etsə də, E.Həsənov uşağı əməliyyata götürüb.
Ana iddia edir ki, övladı bütün xəstəliklərə qalib gəlib: “Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, ölməzdi”. (musavat.com)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





