Sosial
Eks-nazirdən millət vəkilinə KƏSKİN SÖZLƏR: Bu ağılla gedib...
“Erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, erməni dilində danışırıq, erməni dilini öyrədirik”.
Bu fikirlə Milli Məclisin payız sessiyasının plenar iclasında millət vəkili Tural Gəncəliyev çıxış edib.
Deputatın səsləndirdiyi fikirlərə münasibət bildirən sabiq təhsil naziri, professor Firudin Cəlilov Publika.az-a açıqlamasında deyib ki, 20 minlik etnik azlığın cəmiyyətə inteqrasiyası üçün 10 milyondan çox insanın erməni dilini öyrənməyə cəlb olunması təşəbbüsü məntiqəuyğun deyil:
“Deputatın səsləndirdiyi bu fikirlər tamamilə absurddur. Bu, nə çıxışdır?! Ayıbdır. Qarabağ ermənilərinə görə bizim hamımızın erməni dilini bilməyimiz çox absurd və gerçəyə uyğun olmayan bir təklifdir. Əgər Qarabağ erməniləri Azərbaycanda yaşayacaqsa, qoy onlar bizim dilimizdə danışsınlar. Onlar həm də Azərabaycan vətəndaşıdır. Öz dillərində danışa bilərlər, təhsil ala bilərlər, başqa azsaylı xalqlar necə yaşayırlarsa, onlar da elə etsinlər. Qarabağ ermənilərinin yarısı alban xristianlarıdır. Onların əksəriyyəti Azərbaycan türkcəsini çox yaxşı bilir. Ermənilərin də bizim dilimizi öyrənməyinə ehtiyac yoxdur, onlar bunu çoxdan öyrəniblər. Onlar lazım gəlsə, bizdən də yaxşı danışırlar. Buna görə də ortada problem yoxdur, özümüzdən nələrsə yaratmağa da ehtiyac yoxdur”.
Professor T.Gəncəliyevin çıxışını əsassız hesab edir: “Deputatın bu fikirləri çox məntiqsizdir. Deməli, Azərbaycanda 100 min ləzgi varsa, gedib hamımız onların dilini öyrənməliyik? Kürdü, talışı və digərlərini də o formada öyrənməliyik? Buna nə ehtiyac var?! Heç cür anlaya bilmirəm, görəsən bu ağıl ilə onlar gedib parlamentə necə çıxıblar?! Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Onlar da Azərbaycan dilində danışmalıdırlar. Öz dillərində məktəb ola bilər, bu, bizim Konstitusiyamızda da var. Kim istəyirsə, öz ana dilində olan məktəbdə oxuya bilər, bu, onların öz seçimidir. Amma 10 milyondan çox azərbaycanlının ermənilərin inteqrasiyası üçün gedib erməni dilini öyrənməsi absurddur”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



















.jpg)
.jpg)





