Sosial
Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğ geri qaytarılacaq? - Nazir AÇIQLADI
Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.
Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər ərzində hər il 250-270 vəzifəli şəxsə cinayət işi açılıb, o vəzifəli şəxslər işdən də qovulub, cinayət tədbirləri görülüb.
"Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakrələr aparırıq” - deyə, nazir bildirib.
S.Babayev əlavə edib ki, əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25.6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246.5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496.3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə, 606 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
