Sosial
Əmək qabiliyyətinin itirilməsinə görə güzəşt edilir? - AÇIQLAMA
Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanırmı?
Publika.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov əmək qabiliyyətinin itirilməsinə görə hesablanan müavinətlə bağlı Vergi Məcəlləsində hər hansı güzəştin nəzərdə tutulmadığını bildirib: “Amma “Sosial Sığorta haqqında” Qanuna əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Həmçinin “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır”.
Ekspert analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına da aydınlıq gətirib. Qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır. “Sosial sığorta haqqında” Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir. Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçiyə tam şəkildə ödənilməlidir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)