Sosial
Azərbaycanda yenidən sərt qapanmalar olacaq? - Deputat AÇIQLADI
Koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmə niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, “Omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başlayıblar: “Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omikron” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümid edirlər.

Belə ki, ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələr “Omikron” ştammının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarları ehtiyatla qəbul edirlər”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: “Təbii ki, “Omikron” variantının təsirləri və yayılma coğrafiyası, eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



















.jpg)
.jpg)






