Sosial
Deyirlər ki, tərxis ol, öz pulunla... - Hərbçi şikayətçidir
Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü kiçik çavuş Mustafayev Şəhriyar Nəriman oğlu səhhətində yaranan problem səbəbindən ordudan tərxis olunmasından narahatdır.
Publika.az-a müraciət edən hərbçi bildirib ki, bir müddət əvvəl onda onkoloji xəstəlik aşkar olunub.
Lakin Müdafiə Nazirliyi hərbçinin nazirliyə məxsus tibb müəssisələrində müalicəsinin mümkünsüz olduğunu bildirərək onun işdən çıxarılacağını qeyd edib: “Mən Mustafayev Şəhriyar Nəriman oğlu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edirəm. Səhhətimdə problem yarandığına görə 30.09.2021-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Onkologiya şöbəsinə qəbul olundum və orada müalicə olunmadan 19 oktyabrda məni əməliyyata götürdülər. Əməliyyat materialını Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə (MOM) göndərdilər və analizin nəticəsinə görə məndə bədxassəli şiş aşkarlandı. Buna baxmayaraq, yenə müalicə olunmadım və 16.11.2021-ci il tarixində yuxarı udlaqdan biopsiya analizi götürmək üçün Milli Onkologiya Mərkəzinə göndərildim. 25 noyabrda nəticəni götürdüm və yenə yuxarı udlağın bədxassəli şişi diaqnozu çıxdı. Ayın 29-da MOM-a göndərişlə müalicəyə göndərildim, lakin qəbul etmədilər. Yenidən nazirliyin Mərkəzi Hərbi Klinik Hospitalına göndərildim. İndi də mənim sənədlərimi hazırlayıb tərxis edirlər. Deyirlər ki, tərxis ol, öz pulunla müalicə olun. Mənə bildirirlər ki, biz sənin müalicəni edə bilmərik. Mülki həyatda isə müalicəmi həyata keçirmək üçün maddi imkanım yoxdur. Ailəliyəm, iki övladım var. Atam və anam xəstədir, daimi müalicədədirlər. Ev şəraitim isə normal deyil”.
Rahib Ələsgərov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





