Sosial
İsşizlər üçün MÜHÜM XƏBƏR
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir.
Bu barədə dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.
Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə bəzi qanunlara dəyişikliklərlə bağlı üç məsələ daxil edilib.
İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəlikdəki qanun layihələri barədə məlumat verib. Əvvəlcə, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Sənəddə eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
