Sosial
Bakıda FANTASTİK Yeni il qiymətləri - 1500 manat... (VİDEO)
Video əlavə olunub.
xxx
Yeni ili neçəyə qeyd etmək olar?
Hazırda hər kəs bu sualı düşünür. Bu əlamətdar gündə hər bir azərbaycanlı ailəsi öz büdcəsinə uyğun olaraq bayram süfrəsi açıb, Yeni ili qarşılamağa çalışır. Maddi imkanı nisbətən yüksək olanlar isə bu günü daha özəl və təmtəraqlı keçirməyə can atırlar. Onlar bunun üçün hotel və restoranlara, əyləncə mərkəzlərinə üz tuturlar.
Bəs bu xüsusi günü təmtəraqlı qeyd etmək istəyənlər üçün şadlıq sarayları və hotellər müştərilərə nələri və neçəyə təklif edirlər?
Publika.az tanınmış restoran və hotellərlə əlaqə saxlayaraq Yeni il gecəsi üçün təklif olunan qiymətlərlə maraqlanıb.
“Hilton Baku” hotelindən bildirildi ki, 25-ci mərtəbədə 6 nəfərlik masada bir nəfər üçün qiymət 300-360 manat, 24-cü mərtəbədə 4 nəfərlik masada isə bir nəfər üçün ödəniş 275 manatdır.
“Four Season Hotel Baku” hotelində isə sabah üçün bütün yerlər tutulub. Qiymətlər isə birinci mərtəbə restoranda bir nəfər üçün ödəniş 190 manat, 9-cu mərtəbədə isə 210 manatdır.
“JW Marriott Absheron Baku” hotelində Yeni ili qarşılamaq bir nəfər üçün 200 manata başa gəlir: “Menyuya salatlar, bir neçə növ kabablar, balıq yeməkləri, desertlər, müxtəlif içkilər və canlı musiqi daxildir. Saat 22:00-dan gecə 1-ə qədər DJ-lə də rəqs edə bilərsiniz. 00-00-da isə hoteldən atəşfəşanlığı izləmək mümkündür”.
“Sapfir Saray” şadlıq sarayında masalar 6 nəfər üçün nəzərdə tutulur. Qiymətlər sıralara uyğun olaraq, bir nəfər üçün 300, 350 və 400 manatdır.
“Kremlin Hall” şadlıq sarayından isə bildirildi ki, qiymətlər 150-200 manat olaraq dəyişir. Səhnəyə yaxın yerlər daha baha, kənarlar isə nisbətdən ucuzdur.
“BƏM Lido” sarayda qiymətlər 100 manatdan başlayır və 120, 150, 170 və daha çox olmaqla dəyişir.
“Neolit Hall” şadlıq sarayında qiymətlər bir nəfər üçün 200 manatdır. Müğənnilər Rüfət Axundov, Kərim Abbasov, Əminə Şirin, Gülzar, saksafon ifaçıları, DJ, müxtəlif qruplar, Şaxta baba, Qar qızdır. Xüsusi olaraq bildirdilər ki, saat 00:00-da gecəyə Damla da gələcək.
“Xəmsə” sarayda Yeni il gecəsi üçün demək olar ki, bütün yerlər tutulub. Qalan yerlər isə130-150 manatlıq yerlərdir. Qonaq sayı çox olarsa, endirim də olunacağını dedilər. İzzət Bağırov, Rüfət Axundov, Səidə Dadaşova, Sevinc Musayeva, Günel Məhərrəmova və bir neçə qruplar axşamın məşhur qonaqları sırasındadır.
“İmperial” şadlıq sarayında qiymətlər bir nəfər üçün 120 manatdır. Bir neçə gün əvvəl isə burada qiymətlər 150 manat olub. Son gün olduğu üçün restoran 30 manat endirim edir. Qonaqlar Damla, Yaşar Cəlilov, Çinarə Bəkirova, Həmidə Hüseynova, DJ, Şaxta baba, Qar qızdır.
“Kaddeh Baku” restoranında səhnə önü 250, qıraq yerlər 200, VIP zonada adam başı 150, Lojalar 1500 manatdır (adam sayı: maksimum 6 nəfər). Qeyd edək ki, qiymətə menyu daxil deyil. Gecənin qonağı Aygün Kazımova və başqa məşhurlar olacaq.
“Prive Steak Gallery” restoranında səhnəyə yaxın masalar 250, qış bağçasındakı ön masalar 220, qış bağçasındakı arxa masalar isə 190 AZN-dir.
Akqabay
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO