Sosial
Qarabağ Dirçəliş Fondunda özəl donorlarla görüş oldu - FOTO
İşğaldan azad edilən ərazilərimizin bərpasına dəstək göstərilməsi, ianələrin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının, iqtisadi imkanların və çağırışların müzakirə olunması məqsədilə Qarabağ Dirçəliş Fondu ilə donor şirkətləri və Fondun tərəfdaşlarının işgüzar görüşü keçirilib.
Fonddan Publika.az-a bildiriblər ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəallığın artırılması və sərmayə potensialının təşviqi üzrə tədbirlərin önəmini qeyd edib. Nazir Qarabağ ərazisinin dayanıqlı inkişafına töhfə vermək, əhalinin məşğulluğunu və rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev azad edilmiş ərazilərin yüksək rifahlı regiona çevrilməsi prosesində donorlarla sıx əməkdaşlığın, maraqlı tərəflərin görülən işlərə cəlb edilməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, görüşün məqsədinin də donor şirkətləri və Fondun tərəfdaşları ilə bu sahədə müzakirələrin aparılması olduğunu bildirib.
Görüşdə özəl sərmayələrin Qarabağın iqtisadi inkişafına cəlb edilməsi ilə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
Tədbirin sonunda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən bir neçə donora – “Improtex” Şirkətlər Qrupu, “Bona Dea” Beynəlxalq Hospitalı, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “İntegral Telecom” QSC-yə “İanə Sertifikatı” təqdim edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
