Sosial
2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi
Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Komitə sədri bildirib ki, büdcə sənədi parlamentdə geniş müzakirə edilib, onlarla deputat bu barədə fikrini söyləyib. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.
Daha sonra Milli Məclis 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə çıxarıb.
Qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Qeyd edək ki, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat tövsiyyə edilir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO










.jpg)


























.jpg)

.jpg)