Sosial
5 ayda vətəndaşlara 180195 xidmət - "Azəriqaz" İB
2022-ci ilin ilk 5 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 180195 xidmət göstərilib.
Bu barədə Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.
Ümumilikdə SOCAR “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzlərində, regionlarda isə 14 “ASAN xidmət” mərkəzlərində (Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir.
Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.
Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə 21 (iyirmi bir) növ xidmət göstərilir.
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...

















.jpg)













.jpg)
.jpg)

