Sosial
“N” hərbi hissəsində silah təmiri sexi fəaliyyətə başladı - VİDEO
Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.
“N” hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir texnologiyasına uyğun həyata keçirilir.
Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.
Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası22 Noyabr 12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO












.jpg)






















