Sosial
Teleqramda “18+” kanallar açan yeniyetmə cərimələndi
Məhkəmə Bakıda teleqramda “18+” məzmunlu kanallar açan 2004-cü il təvəllüdlü Oqtay Bəşirov (ad-soyad) barədə qərar verib.
Publika.az xəbər verir ki, işə Səbail Rayon Məhkəməsində baxılıb.
Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilən yeniyetmə, 2021-ci ilin iyun ayından başlayaraq qeyri-etik adlardan istifadə edərək teleqram kanalları açıb. O, daha çox izləyici toplamaq məqsədiylə pornoqrafik materiallar paylaşıb.
Maraqlıdır ki, Oqtay Bəşirov idarə etdiyi kanallar vasitəsilə reklam gəlirləri də əldə edib. Belə ki, Azərbaycanda qeyri-qanuni hesab olunan iki mərc şirkəti Oqtayın “18+” kanallarına aylıq 200 manat ödəniş edib. O, ümumilikdə bu üsulla 1500 manatadək gəlir əldə edib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını və əməlini etiraf etməsini nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Oqtay Bəşirov Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə olunub.
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar





















.jpg)














