Sosial
İcra başçısı 1-ci Qarabağ müharibəsi qazisi ilə görüşdü - FOTO
Bu gün Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayon sakini, 16 yaşında könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş,1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Vüqar Zeynalov Səbail RİH tərəfindən 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı şəhid olan Vətən oğullarının ailələrinə, eyni zamanda qazilərə göstərilən diqqət və qayğı ilə bağlı fikir bildirib, bu istiqamətdə görülən işlər və planlar haqqında danışıb.
Görüşdə 1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı yüksək qəbula görə RİH-nin başçısı Vüqar Zeynalova təşəkkür edib.
Nahid Canbaxışlı bildirib ki, hər zaman Səbail rayonunda dövlət orqanları şəhid ailələrinə və qazilərə yüksək etiramla yanaşıblar, ortaya çıxan problemlərin həllində yaxından iştirak ediblər.
Son günlər ikinci Qarabağ müharibəsinin qaziləri arasında baş verən intihar hallarının ağrıdıcı olduğunu bildirən Nahid Canbaxışlı bildirib ki, belə halların baş verməməsi üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyətlə addım atmalıdır:
“Biz Qazi qardaşlarımızı intihara aparan problemləri müəyyən etməliyik, onların həllinə nail olmalıyıq. Bəziləri bu kimi hallardan öz məqsədləri üçün istifadəyə yol verməməliyik”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

