Sosial
FHN yanında İctimai Şuranın iclası keçirildi
İyulun 15-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai Şuranın iclası keçirilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd Dövlət Yanğın Nəzarəti Xidmətinin ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, o cümlədən yay mövsümü ilə əlaqədar meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınlara qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.
İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin şöbə müdiri Pərviz Cəfərov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov və Xidmətin əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən Xidmətin rəis müavini A.Kazımov təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq strateji əhəmiyyət kəsb edən neft-qaz və energetika obyektlərində, ictimai obyektlərdə, nəqliyyat və s. sahələrdə yanğın nəzarəti həyata keçirilib, layihələndirilən, tikintisi həyata keçirilən, istismarda olan bina və qurğuların yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarət təmin edilib, təhsil və səhiyyə müəssisələrində, ticarət obyektlərində, inzibati, sənaye və istehsalat obyektlərində, aqrar sahədə, yaşayış yerlərində əhali arasında yanğın təhlükəsizliyi mövzusunda geniş maarifləndirmə işi aparılıb, kənd təsərrüfatı sahəsində, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar regional seminar-müşavirələr və konfranslar təşkil edilib, qanunvericiliyə riayət etməyən və yanğın təhlükəsizliyi tələblərini pozan müəssisələrə qarşı öz səlahiyyətləri çərçivəsində inzibati tədbirlər həyata keçirilib.
Xidmətin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri yanğınların qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi