Sosial
XİN işə qəbulla bağlı nəticələri açıqladı
Xarici İşlər Nazirliyində (XİN) işə qəbul imtahanlarının nəticələri açıqlanıb.
XİN-dən Publika.az-a bildirilib ki, qurumun kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib.
Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərəhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.
Qeyd olunub ki, DİM yanvarın 23-də müsabiqənin yazılı imtahan mərhələsini təşkil edib. Bu mərhələdə 460 nəfər iştirak edib.
Namizədələr qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apelyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.
Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 02 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib.
Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apelyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.
Diplomatik xidmətə qəbul müsahibəsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara Azərbaycan Respublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlətində uğurlar arzulayırıq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
