Sosial
Şəhidimiz torpağa tapşırıldı - FOTO/VİDEO
Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.
Publika.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Tabutun üzərindəki üçrəngli bayrağımız mərhumun ailəsinə təqdim edilib.
xxx
11:35
Laçın rayonunda şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi başlayıb. Vida mərasimi şəhidimizin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Qaracəmirli kəndindəki evində keçirilir.
Publika.az-ın əməkdaşı xəbər verir ki, şəhidimizi son mənzilə yola salınması mərasimində onun yaxınları, dostları, hərbçi yoldaşları, rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti iştirak edir.
Şəhidimiz kənd qəbristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində dünyaya gəlib. Ailədə üç övlad olan şəhidimizin bir qardaşı və bir bacısı var.
Anar Kazımov bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir. Allah Şəhidimizə rəhmət eləsin!
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)