Sosial
Bu marşrut xəttində dərəbəylik - BNA “sərt tədbir görüləcək” deyir
Təxminən il yarım əvvəl 64 nömrəli marşrut xətti ( “Neftçilər” m/s – Yeni Günəşli qəs.) üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilməyə başlandı. Bununla birgə nağd ödəmə üsulu “Bakıkart”la əvəzləndi. Yeni Günəşli qəsəbəsinin sakinləri də sevindilər. Düşündülər ki, daha sürücülər avtobusları harada gəldi saxlamayacaqlar. Ancaq yanılıblar. Publika.az-a müraciət edən qəsəbə sakinləri sözügedən marşrut xəttinin intervalında 15-20 dəqiqəyə qədər baş verən gecikmə hallarından , avtobusun dayanacaqlarda deyil, harada gəldi saxlanılmasından, nağd ödənişlərin aparılmasından şikayət ediblər.
Nəticədə hər gün yüzlərlə insan avtobusların gec gəlməsi səbəbindən ya işə, ya da mənzil başına gecikir. Təbii olaraq avtobuslarda sıxlıq yaranır, üstəlik, ağzına qədər dolu olan avtobusu, sürücülər dayanacaqdan kənarda əl qaldıran hər sərnişinin qarşısında saxlayırlar. Vətəndaşlar problemin həll olunmasını, marşrut xəttinin nizama salınmasını istəyirlər.

Məsələ ilə bağlı Publika.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, “General auto company” şirkətinin istismarında olan sözügedən müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələrin olması, hərəkət sxemi üzrə yollarda olan nəqliyyat sıxlığı ilə bağlıdır:
“Pik saatlarda Qara Qarayev və Babək prospektində körpünün üzərində müşahidə olunan tıxac, birbaşa marşrut xətlərinin intervalına mənfi təsir göstərir .
Baxmayaraq ki, Q.Qarayev prospektində xüsusi zolaqlar var. Lakin digər nəqliyyat vasitələrinin qaydalara riayət etməməsi, eləcə də, yol boyu mövcud ticarət obyektlərinin sahibləri tərəfindən yolun tutulması zolağın əhəmiyyətini sıfıra endirir və nəticədə təkcə 64 nömrəli müntəzəm marşrut xətti deyil, ümumiyyətlə Q.Qarayev prospektindən keçən digər marşrut xətləri üzrə də avtobusların hərəkət intervalında ciddi gecikmələr müşahidə olunur”.
Sərnişinlərdən nağd ödəmənin tələb olunması, avtobusların dayanacaqdan kənarda saxlanılması məsələsinə gəlincə, Mais Ağayev vurğulayıb ki, bununla bağlı sərt addımlar atılacaq: “Məsələ ilə bağlı məlumatlar sərnişinlər tərəfindən agentliyə də daxil olub. Bu, birmənalı olaraq qayda pozuntusudur və buna yol verən şəxslər də inzibati məsuliyyət daşıyır.
Bir neçə dəfə məsələ ilə bağlı “General auto company” şirkətinə xəbərdarlıq edilib. Anoloji halların olmaması üçün şirkət tərəfindən tezliklə tədbirlər görülməlidir. Əks təqdirdə, belə hallar davamlı olaraq təkrarlanarsa, o zaman daşıyıcı barəsində qanunvericiliyə uyğun olaraq daha sərt tədbirlər görüləcək”.
Ayşən Rəhim
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






