Sosial
Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO
Bu gün Biləsuvar rayonunda “Hindquşu festivalı” keçirilib.
Publika.az xəbər verir ki, festivalda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı,Cəlilabad, Salyan, Cəbrayıl rayon İcra Hakimiyyətlərinin başçıları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayonumuzun sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.
Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub.Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb.Tədbirin ən maraqlı hissələrindən biri olaraq təşkil olunmuş qədim toy adətlərimizi əks etdirən simvolik toy mərasiminin keçirilməsi qonaqların diqqətini çəkib.
Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunaraq sonda möhtəşəm atəşfəşanlıq keçirilib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)




























