Sosial
AZƏRTAC-da "TƏMİZLƏMƏ": Aslanovun yaxın qohumları işdən çıxarıldı
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda “təmizləmələrə” başlanılıb.
Publika.az xəbər verir ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad ediliblər.
Bu barədə "AzPolitika"ya məlumatlı mənbə xəbər verib.
İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.
Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur.
Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir. Belə ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.
Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


























.jpg)









