Sosial
İran beş etirazçıya ölüm hökmü çıxardı
İranda məhkəmə beş etirazçıya ölüm hökmü çıxarıb.
Publika.az xəbər verir ki, istintaqın məlumatına görə, Kərəc şəhərində rəis müavininin qətli ilə bağlı iş üzrə 16 nəfər təqsirləndirilib. Beş nəfərə ölüm hökmü çıxarılıb. Daha 11 nəfər, o cümlədən üç azyaşlı uzun müddətə - 25 ilədək azadlıqdan məhrum ediliblər.
Agentlik qeyd edir ki, hökmlərdən ölkənin Ali Məhkəməsinə şikayət verilə bilər.
Bundan əvvəl İran Daxili İşlər Nazirliyi ölkədə ən azı 200 nəfərin iğtişaşların qurbanı olduğunu bildirmişdi. Hüquq müdafiəçilərinin məlumatına görə, azı 320 nəfər ölüb.
İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda İslam Respublikasının 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinə dəyişiklik edilməsinə icazə verib. İran hakimiyyəti səhv hicab geyindiyinə görə saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan iki aydan artıq etiraz aksiyalarından sonra ölkənin vitse-polislərini ləğv edib.
Ayşən
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?





































