Nida Xəbər
Elektron ticarətlə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif olunur
“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.
Layihədə elektron ticarət sahəsində texnoloji neytrallıq prinsipinin tətbiqi, POS-terminal anlayışının yenilənməsi və nağdsız ödəniş imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərə əsasən, POS-terminal anlayışına müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da daxil edilir. Beləliklə, mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin qəbul edilməsi üçün hüquqi əsasların dəqiqləşdirilməsi təklif olunur.
Bundan başqa, elektron ticarət iştirakçılarının ödəniş üsulları, o cümlədən POS-terminal və elektron pul kisəsi vasitəsilə ödəniş imkanları barədə məlumat verməsi nəzərdə tutulur.
Layihədə müqavilələrin elektron sənəd formasında təsdiqlənməsi ilə bağlı dəyişiklik də yer alıb.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi nəzərdə tutulub.
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?









.jpg)


























