Sosial
Seymur Talıbov və Röya Ayxan BDU-nun beynəlxalq hüquq ixtisasına necə qəbul olub? - AÇIQLAMA - VİDEO
09:00
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.
Publika.az xəbər verir ki, məsələyə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə aydınlıq gətirib.
O bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər: “Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub”.
DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib: “İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”
(Pravda.az)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























