Sosial
Göyçaya işıq verilməsi dayandırıldı

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş evlərə, ərazilərə baxış keçirilir. Yolun hərəkət hissəsinə, dam örtüklərinin üzərinə aşan ağaclar təmizlənir.
Qəzalı vəziyyətə düşən elektrik və rabitə dirəklərinin, naqillərinin bərpası üçün xüsusi işçi qüvvəsi işləyir. Buna baxmayaraq, kəndlər də daxil olmaqla rayon mərkəzinə elektrik enerjisinin verilişi tam dayandırılıb. Qaz xətlərinə ciddi zərər dəyməsə də, təhlükəsizlik baxımından şəhərin bəzi ərazilərinə qaz təchizatı da dayandırıb.
Kəndlərdə taxıl, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib.
Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.

-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO