Şimali Koreya əsgərləri Rusiyanın bu bölgəsindədir - Pentaqon təsdiqlədi
Bizi izləyin

Dünya

Şimali Koreya əsgərləri Rusiyanın bu bölgəsindədir - Pentaqon təsdiqlədi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Rayder Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsində az sayda Şimali Koreya əsgərinin olduğunu bildirib.

Publika.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Rayder Şimali Koreya qoşunlarının Rusiyaya hansı döyüş qabiliyyəti gətirəcəyi ilə bağlı şərh verməkdən yayınıb.

O, bu əsgərlərin bir növ piyada rolunda istifadə ediləcəyinə dair işarələrin olduğunu qeyd edib:

"Biz onların bu qüvvələrdən ukraynalılara qarşı müharibədə istifadə etmək və ya Kursk bölgəsində ukraynalılara qarşı döyüş əməliyyatlarını dəstəkləmək niyyətindən narahatıq. Hələlik rusların və Şimali Koreyalıların bu qüvvələrdən necə istifadə edəcəkləri aydın deyil”.

Rayder Ukrayna qüvvələrinin Şimali Koreya qoşunlarına qarşı ABŞ-ın təchiz etdiyi silahlardan istifadə edə biləcəyi ilə bağlı suala cavab verib: "ABŞ və digər beynəlxalq tərəfdaşlar tərəfindən verilən silahlar Ukraynanın imkanlarıdır. Ukrayna sərhəddən və ya Ukrayna ərazisindən gələn təhdidlərə qarşı öz suverenliyini müdafiə etmək üçün bu imkanlardan istifadə edə bilər”.

Rayder həmçinin ABŞ-ın Şimali Koreya qoşunlarının Ukraynaya daxil olub-olmaması məsələsini yaxından izlədiyini vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm