Sosial
Bakı Kənar Dairəvi yolunda hərəkət məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda deyilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO
-
Dünya11:06
Qərbdə “qaynar nöqtə” - NATO ilə bu Avropa ölkəsi arasında qarşıdurma yaşanır
-
MDB10:18
Bu hücuma görə Ukraynadan qisas alındı: Kadırov nəyi nəzərdə tutur?
-
Qoroskop09:48
2025-ci ildə bürclərə uğur gətirəcək tarixlər: Kimləri xoş sürprizlər gözləyir?
-
Region09:12
Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
-
Nəqliyyat08:34
Hazırda 15 yolda tıxac var - SİYAHI