Sosial
Sahibə Qafarova Numan Kurtulmuşu təbrik etdi

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Publika.az-a daxil olan məlumata görə, məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Məktubda deyilir ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.
Milli Məclisin sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.
Həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

-
Dünya05:45
Aqressiv boz ayı iki trusti öldürdü
-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO