Sosial
4 ayda hansı işlər görüldü? - HESABAT
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası Xarici İşlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində "Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi" layihəsi üzrə dövrü hesabatını təqdim edib.
Layihə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə "Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi" və 12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir. Layihənin hədəf qrupu kişilərdir. Əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olan layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş "Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!" layihəsinin davamıdır.
Layihə çərçivəsində 4 ay ərzində nəzərdə tutulan fəaliyyətlər aşağıdakılar olub:
1. Layihə ilə bağlı içtimaiyyətin mütamadi məlumatlandırılması - bu günə kimi 42 məlumat mətbuatda işıqlandırılıb.
2. Gender əsaslı zorakılıq və gender bərabərliyinin təmini mövsuzunda 37 səhifədən ibarət 3 günü əhatə edən təlim modulu hazırlanıb.
3. 10 nəfər gənc kişinin iştirakı ilə 3 günlük təlimçilər üçün təlim keçirilib.
4. Kürdəmir (6-7 may 2023- cü il), İmişli (13-14 may 2023- cü il), Saatlı (20-21 may 2023-cü il), Sabirabad (3-4 iyun 2023- cü il), Şirvan rayonlarının (10-11 iyun 2023- cü il) hər birində 15 nəfər kişinin iştirakı təmin edilməklə iki günlük təlimlər keçirilib və ümumlikdə 75 nəfər bu təlimin iştirakçısı olaraq sertifikat alıb.
5. 02.07.2023- cü il tarixdə rayonlar üzrə təlim keçmiş şəxslərlə "Zoom" görüşü olub. Layihənin əhəmiyyəti və onların məişət zorakılığı ilə mübarizədə töhfəsi müzakirə edilib.
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO































.jpg)



