Sosial
Norveçdə 14 yaşlı azərbaycanlı rəssamın Qarabağ sərgisi keçirilib - FOTO
Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyində (The International Museum Of Children's Art's) 14 yaşlı Səlim Abbaszadənin “Qarabağı gözəl gördüm” adlı ilk sərgisi keçirilib.
Publika.az xəbər verir ki, 5-13 avqust tarixlərində keçirilən sərginin təşkilatçıları Norveç Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbidir. Səlim Abbaszadə Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdidir.
Sərgidə məktəbin şagirdləri, müəllimləri, Norveçdəki Azərbaycan icmasının üzvləri və muzey ziyarətçiləri iştirak ediblər.
S.Abbaszadənin sərgisində əsasən Azərbaycanının işğaldan azad olunmuş ərziləri ilə bağlı rəsmləri nümayiş olunub. Sərgidə nümayiş olunan rəsmlər arasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən “Gövhər Ağa məscidi”, “Şahbulaq qalası”, gözəllik və zəriflik simvolu olan “Xarıbülbül” çiçəyi və “Tıq-tıq xanım” rəsmi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə iştirak edən S.Abbaszadə sərgi iştirakçılarına Azərbaycan və Qarabağın tarixi və çəkdiyi hər bir rəsm haqqında Norveç və ingilis dillərində məlumat verib. Muzeyin direktoru Angela Goldin S.Abbaszadənin rənglərin, fırçanın və istedadının köməyi ilə çəkdiyi təbiət rəsmlərində təsvirlərin gözəl, ecazkar və maraqlı olduğunu qeyd edib. Bildirib ki, gənc rəssamın rəsmləri “soyuq şimal”a günəş, istilik, sülh, gözəllik və birlik bəxş edib.
A.Goldin bildirib ki, əsas məqsədləri dünyanın hər yerindən olan uşaqların rəsmlərini toplamaq, qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir. A.Goldin muzeyin ideyalarından irəli gələrək belə istedadlı və yenilikçi gənclərlə tanış olmaqdan çox məmnun olduğunu bildirib, gələcəkdə də S.Abbaszadə və məktəbin digər istedalı şagirdləri ilə də əməkdaşlıq edəcəyini vurğulayıb.
Sərginin sonunda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdi Aida Ramberq sözləri Baba Vəziroğluna, musiqisi Cavinşir Quliyevə məxsus “Qarabağı gözəl gördüm” mahnısını ifa edib.
S.Abbaszadə “Xarıbülbül” və “Tıq-tıq xanım” rəsmlərini muzeyə hədiyyə edib. Artıq muzeydə 185 ölkədən olan uşaqların müxtəlif mövzularda nümayiş olunan rəsmləri arasında S.Abbaszadənin də rəsmləri yer alacaq. S.Abbaszadə sözügedən muzeydə sərgisi nümayiş etdirilən ilk azərbaycanlı gənc rəsaamdır. Muzeyin direktoru A.Goldin bildirib ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)



























