Sosial
Uşaqlara "Nəmuşka", "Cana" adları qoyulub
Son dövrlərdə Əminə adını “Aminə”, Mehdi adını “Məhdi”, Əzizi “Aziz” kimi yazdırmaq üçün müraciətlər olub. Dilimizdə vahid formada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir. Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox ad dəyişmə problemdir.
Publika.az xəbər verir ki, bunu "AzərTac"a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.
"Elə olur ki, valideynlər tərəfindən həddindən artıq gülüş doğuran adlar verilir. Bəzən də əzizləmə ifadə edən adlar verilir. Məsələn, uşağa “Seva”, “Cana”, “Nəmuşka” yazdırırlar. Uşaq müraciət edib adını dəyişdirir. Adların verilməsində valideynlər həddindən artıq düşünməlidir. Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüş doğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə onların qarşısı alınır. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinə uşaqlara Vıva, Azka kimi adların qoyulması ilə bağlı müraciət olunub.
Cani, Cinayətkar, Samovar kimi adlar vaxtilə qoyulub. Belə adlar qoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinə adlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. Buna görə də o adların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməz adlar kimi çıxarılıb. Hər bir valideyn ad qoyan zaman düşünməlidir. Təəssüf ki, belə hallar indi də baş verir. Bəzi valideynlər baxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin öz qanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğun olaraq bu adlar yazılır”, - deyə Sayalı Sadıqova bildirib.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı



































.jpg)


