Sosial
Dünyada ölüm hökmlərinin sayı kəskin artıb: 44 ilin ən dəhşətli göstəricisi
“Amnesty International”ın illik hesabatına görə, dünyada ölüm hökmlərinin icrası son 44 ilin ən yüksək səviyyəsinə çatıb.
Publika.az xəbər verir ki, 2025-ci ildə 17 ölkədə rəsmi olaraq 2707 edam qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 78 faiz çoxdur. Hüquq müdafiə təşkilatı bildirib ki, bu göstərici 1981-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir. Bununla yanaşı, real sayın daha çox olduğu ehtimal edilir.
Hesabatda qeyd olunur ki, edamların sayına görə dünya lideri yenə Çindir. Lakin ölkədə bu məlumatlar məxfi saxlanıldığı üçün dəqiq statistika açıqlanmır. Eyni səbəbdən Çin və Şimali Koreyada həyata keçirildiyi ehtimal olunan minlərlə edam ümumi siyahıya daxil edilməyib.
Ən ciddi artım İranda müşahidə olunub. Belə ki, burada edamların sayı 2159-u keçib və bu, 2024-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir.
Səudiyyə Ərəbistanında isə ən azı 356 nəfər edam olunub. Bildirilir ki, ölkədə xüsusilə narkotik cinayətləri ilə bağlı ölüm cəzasından geniş istifadə edilir.
Küveytdə edamların sayı 6-dan 17-yə, Misirdə 13-dən 23-ə, Sinqapurda 9-dan 17-yə yüksəlib. ABŞ-da da ölüm hökmlərinin icrası artaraq 25-dən 47-yə çatıb.
Müəllif: Adəm
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
















.jpg)


.jpg)

.jpg)













