Bank kartlarından bu yolla 3128 manat oğurladı - FOTO
Bizi izləyin

Sosial

Bank kartlarından bu yolla 3128 manat oğurladı - FOTO

“TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro (2208 azn) oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun “TikTok”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub.

R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.

“Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağı, tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz”, - deyə məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm