Sosial
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
“Dünyanın bütün ölkələrində ordu cəmiyyətin ən elitar təbəqəsi sayıır. Bu, Azərbacanda da belədir. Orduya o şəxslər gedirlər ki, onlar, yüksək ali dəyərlərə malik insanlardırlar. Öz həyatlarını vətən, torpaq üçün qurban verməyə hazırıdırlar və buna onların fiziki imkanları yol verir”.
Publika.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda da peşəkar ordu qurulmalıdır: “Bu barədə mən, çox danışmışam. Həqiqətən Azərbaycan ordusu axırıncı döyüşlərdən ay yarım qabaq-sentyabrın 20-də çıxıb. Müharibə hələ bitməyib, sülh sazişi imzalanmayıb. Bu gün Fransa Ermənistanı silahlandırır. Ermənistan bizim işğal altında qalan 8 kənddən öz qoşunlarını çıxarmır, həmin əraziləri azad etmək istəmir. Ona görə də qarşıda bizi yeni hərbi toqquşmalar gözləyə bilər. Çox təəssüf ki, belə bir reallıqlar qorunub saxlanılır. Ona görə də, qalib ordunun zabitlərin, müddətdən artıq hərbi qulluq keçən insanların bu tezliklə, sosial hüquqlarının məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin təqdim olunması şəxsən mənim üçün başadüşülən olmadı. Uzun müddət idi, bu istiqamətdə müzakirələr gedirdi. Şuşada bizim xüsusi təyinatlılar hansı şücaəti göstərdilər? Yarım metr qarın, meşənin içərisində, çiyinlərində böyük bir yük, dağları dırmaşıb, meşələri keçib Şuşanı azad etdilər. Dünyada 35 yaşdan yuxarlı bir peşəkar idmançı göstərin. Yəni təsadüflər ola bilər və bnarmaqla göstərilə bilər. Çünki insanlar yaşlaşdıqca çeviklik azalır, fiziki imkanlar məhdudlaşır. Ona görə də 20 il xidmətdən sonra müddətdən artıq xidmət edənlərin, zabitlərin ehtiyata çıxmaq hüquqları olmalı, onlar pensiya ala bilməlidirlər. Məruzəçilərin heç biri tərəfindən qeyd olunmadı ki, biz, təkcə hərbi xidmət müddətini artırmırıq, həm də onların mənzil almaq hüququnu da əllərindən alırıq. 20 il xidmətdən sonra onlar mənzil ala bilirdilər, indi o hüquq da onların əlindən alınır. Yəni o hüquq saxlanılımır ki, 25 il xidmət et və 20 ildən sonra mənzil al. Ümumiyyətlə bu gün ehtiyata çıxan zabitlər 3-5 il ərzində mənzillə təmin olunurlar. Tələb olunandan hər ən azı 500 ədəd az mənzil tikilir. Müdafiə Nazirliyinin nümayəndəsi buradadır. Əgər rəqəmlərdə yanlışlığa yol verirəmsə, qoy özü desin ki, onlar pensiyaya çıxandan nə qədər müddətdən sonra mənzillə təmin olunurlar”. Millət vəkili əlavə edib ki, orduya xüsusi diqqət və qayğı lazımdır: “Bu müddətlərin artırılması, onların təhsil aldığı dövrün staja hesablanmaması sosial hüquqların məhdudlaşdırılmasıdır. Mən şəxsən bunu düzgün hesab eləmirəm. Çoxlu sayda hərbçilər var, bilirsiniz ki, hərbçilər elə kateqoriyadan olan şəxslərdir ki, kollektiv şəkildə etiraz etmək onlara qanunla qadağandır. Bir çox hallarda onlar fərdi qaydada da bunu etmirlər, amma millət vəkillərinə söyləyirlər. Biz cəmiyyət arasında yaşayırıq, onların yaxınları, ailə üzvləri bizimlə söhbət edirlər. Mən əminliklə sizlərə söyləyirəm ki, bu onlar arasında birmənalı qarşılanmayıb, narazılıqla qarşılanıb. Hesab edirəm ki, bu məsələ ümumiyyətlə gündəmdən çıxarılmaldır. Gələcəkdə peşəkar ordu quruculuğuna keçiləndə bu məsələlər ola bilsin ki, o zaman müzakirə oluna bilər. İndi insanların çoxu Müdafiə Nazirliyi ilə müqavilə bağlayıblar. Müdafiə Nazirliyi ilə müqavilə bağlayanda onlar elə hesab edirdilər ki, 20 ildən sonra ehtiyata çıxa və mənzil ala biləcəklər. Amma indi birdən-birə biz, onların bu hüququnu əllərindən alırıq. Yalnız 17 il xidmət edənlər üçün bu hüquq saxlanılır. Bəs digərləri? Bu qanun heç olmasa o şəxslərə şamil olunmalıdır ki, onlar bu qanun qəbul olunandan sonra müqavilə imzalayacaqlar. Həmin şəxslərə şamil oluna bilər, artıq müqavilə imzalamış şəxslərə yox. Hesab edirəm ki, orduda da islahatlara ehtiyac var və Azərbaycanda peşəkar orduya keçməyin vaxtı çatıb”.
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı