Sosial
Bakı 2040-cı ildə belə olacaq: tramvay xətləri və... - FOTO / BAŞ PLAN
Bakı şəhərinin izahlı Baş planı təqdim olunub.
Publika.az xəbər verir ki, planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb.
Bakının izahlı baş planı Arxitektura Komitəsinin saytına yüklənib.
ŞƏHƏRDAXİLİ HİBRİD YAŞIL DƏHLİZLƏR - 28 MAY DƏHLİZİ (STRATEJİ LAYİHƏ)
Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir.
Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq.
Ümumilikdə 28 May hibrid dəhlizinin xətti parkı təxminən 15,6 ha ərazini əhatə edəcək.
Dəhliz yaxınlıqda yerləşən ən azı 24,2 ha ərazi üçün şəhərsalma və ictimai-işgüzar sahələrin inkişafı üçün imkanlar təklif edir.
-
MDB02:19Məşhur iş adamı su anbarında boğulub öldü
-
Qoroskop01:40Günün qoroskopu: Həqiqətlər üzə çıxacaq
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
-
İdman21 Dekabr 17:47Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?
















.jpg)








