Sosial
31 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ildə 31 tibb müəssisəsində radioloji fəaliyyəti məhdudlaşdırıb.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Belə ki, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” verilib. Onların 117-si tibb müəssisələrinin, 34-ü isə sənaye və elmi-tədqiqat müəssisələrinin payına düşüb. Bununla yanaşı, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 92 rəy verilib.
Həmçinin, 2023-cü ildə Agentlik tərəfindən ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının təmin edilməsi məqsədilə 164 müəssisənin radioloji-gigiyenik pasportu aparılıb.
Bundan əlavə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 306 nəzarət-yoxlama tədbiri keçirilib. Bu tədbirlər nəticəsində 154 inzibati protokol tərtib edilib, 150 inzibati işə baxılıb, 31 tibb müəssisəsində aşkar edilmiş pozuntularla əlaqədar radioloji fəaliyyət məhdudlaşdırılıb.
Ötən il Agentlik tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı təlim, tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri üçün Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi respublika ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
-
İdman00:41
DÇ-2026: millimiz Fransaya böyük hesabla uduzdu - Video/Yeniləndi
-
ABŞ10 Oktyabr 23:43
Ağ Evdə ixtisarlara start verildi
-
ABŞ10 Oktyabr 23:27
ABŞ qoşunları İsraildədir
-
Nida Xəbər 10 Oktyabr 20:46
Azərbaycanla Türkiyə xüsusi təlimlər keçirəcək
-
Magazin110 Oktyabr 20:00
Əminə Yusifqızının son sözü: "Anamın yanına getmək istəyirəm"
-
ABŞ10 Oktyabr 19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat10 Oktyabr 18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal10 Oktyabr 17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu