Sosial
Su Ehtiyatları Agentliyi vətəndaşlara müraciət etdi
Qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vətəndaşlara müraciətində bildirilir.
Qurum abonentlərin diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir.
Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.
-
MDB02:19Məşhur iş adamı su anbarında boğulub öldü
-
Qoroskop01:40Günün qoroskopu: Həqiqətlər üzə çıxacaq
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
-
İdman21 Dekabr 17:47Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?
















.jpg)








