Sosial
"Bələdiyyə sədrlərini xalq seçməlidir" - Millət vəkili
Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı hərtərəfli şəkildə hazırlanıb.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək: “Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur”.
Siyavuş Novruzov Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olduğunu söyləyib: “Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.
-
Magazin119:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
-
ABŞ16:34Tramp: "Bu gün İran çox güclü zərbə alacaq!"
-
Nida Xəbər 16:27Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
-
Nida Xəbər 15:09Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi
-
MDB14:35Xarkovda dəhşət - Yaşayış binası vuruldu, ölənlər var(Foto)







































