Sosial
Dünyada ərzaq ucuzlaşır - Azərbaycanda isə BAHALAŞACAQ
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ötən ilin tendensiyasını davam etdirərək yanvar ayında da düşməkdə davam edib. Ərzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəbindən cüzi də olsa azalıb. FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvarda orta hesabla 118 bənd təşkil edib ki, bu da dekabrla müqayisədə 1%, bir il əvvəl ilə (Yanvar 2022) müqayisədə isə 10,4% aşağı düşüb.
Dünya bazarında ərzağın qiymətinin düşməsi Azərbaycana necə təsir göstərəcək? Xüsusilə də dünyadakı mövcud tendensiya fonunda ətin, şəkərin, düyünün və ya başqa hansısa məhsulun ucuzlaşması müşahidə oluna bilərmi?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, FAO-nun təqdim etdiyi indekslərdə olan dinamika inflyasiyanın artım sürətinin azalmasını göstərir.
Onun sözlərinbə görə, dünya bazarlarında təbii olaraq buğdanın və müəyyən strateji məhsulların qiymətində enişlər müşahidə olunur.
"Biz Azərbaycanda da bunu görürük. Düyü və şəkərin qiymətində müəyyən qədər FAO-nun indekslərinə görə azalmalar qlobal səviyyədədir. Eyni zamanda nəzərə alaq ki, həm düyü və şəkərdə, həm də digər məhsullarda bilavasitə istehsalçı ölkələr tərəfindən kvotalar tətbiq edilib və ya ixracına qadağa qoyulub", - ekspert qeyd edib.

İqtisadçı bu cür məhsulları istehsal etməyən və yalnız idxal edən ölkələrdə qiymət enişlərinin gözlənilməsinin real olmadığını söyləyib.
“Azərbaycan idxaldan yetərincə asılı ölkədir. Buna görə də şəkərin, düyünün və ya ətin ucuzlaşacağını düşünmürəm. Əksinə, qida məhsullarında uzun müddət qiymət artımı müşahidə olunacaq. Sadəcə olaraq, qiymətlərin artım tempi azalacaq. Məsələn, əvvəlki illərdə 13-15 faizlik artım var idisə, indi bu artım təxminən 8-9 faiz olacaq. Bu faiz ərzaq inflyasiyasına aiddir. Ümumi inflyasiyada isə 5-6 faiz həcmində artım olacağı gözlənilir”, - E. Əmirov proqnozlaşdırıb.
Roza Şəfiyeva
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)